Tramp Qrenlandiya məsələsini NATO-nun baş katibi ilə müzakirə etdiyini bildiribbackend

ABŞ prezidenti Donald Tramp sosial media hesabı olan Truth Social-da NATO-nun baş katibi Mark Rutte ilə əlaqə saxlayaraq Qrenlandiya məsələsini müzakirə etdiyini yazıb.

Amerika prezidenti paylaşımında bildirib ki, “NATO-nun baş katibi Mark Rutte ilə Qrenlandiya ilə bağlı çox yaxşı telefon danışığım olub”.

O, əlavə edib ki, Qrenlandiya məsələsi ilə bağlı İsveçrənin Davos şəhərində müxtəlif tərəflərlə bir neçə görüş keçirəcək. O, hər kəsə Qrenlandiyanın milli və qlobal təhlükəsizlik üçün çox vacib olduğunu və “geri dönüş olmadığını” açıq şəkildə bildirib.