ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiyanı “ələ keçirsə”, NATO mövcudluğunu dayandıracaq, çünki müttəfiqlər arasında ərazi bütövlüyünün pozulması yolverilməzdir.
Bu barədə “The Hill” qəzeti yazır.
“NATO üzvü Danimarkanın etirazlarına görə Trampın Qrenlandiyanı ələ keçirməsi NATO-nun sonu olacaq, çünki onun aparıcı qüvvəsi digər üzvünün ərazi bütövlüyünü pozduqda heç bir alyans sağ qala bilməz”, – qəzet yazır.
Yanvarın 4-də “The Wall Street Journal” qəzeti yazıb ki, Danimarka Qrenlandiyanı ABŞ-a satmadığına görə “peşman ola bilər”.