Rusiya və Ukrayna böyük məhbus mübadiləsi həyata keçirib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Truth sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Rusiya və Ukrayna arasında əsas məhbus mübadiləsi yenicə başa çatıb. O, yaxın vaxtlarda qüvvəyə minəcək. Hər iki tərəfi danışıqlara görə təbrik edirəm. Bu, ciddi bir şeyə gətirib çıxara bilər”, – Tramp yazıb.
O, bunun “1000-ə 1000” düsturuna əsaslanan mübadilə olub-olmadığını dəqiqləşdirməyib. Bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukraynadan bu düsturla mübadilə üçün əks siyahı alıb.