ABŞ Rusiya və Çinlə əməkdaşlığı davam etdirməlidir.
TASS xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp Miçiqan ştatının Flint şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Çinlə iş görmək yaxşıdır, “sadəcə ədalətli şərtlər lazımdır”.
“Rusiyanın çoxlu mineral ehtiyatları var. Biz əla iş görə bilərik və hamı xoşbəxt olacaq”, – Tramp bildirib.
Bundan əvvəl o, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Rusiya Federasiyası və Çinlə münasibətləri yaxşılaşdıracağına söz verib. Tramp vurğulayıb ki, Ağ Evə “ağıllı prezident” rəhbərlik edərsə, Çin və Şimali Koreya ABŞ-ın düşməni olmayacaq.