Tramp seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ Milli Kosmik Qvardiyası yaratmaq niyyətini açıqlayıb.backend

ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gələrsə, ölkədə Kosmik Qüvvələrin Milli Qvardiyası yaradılacaq. TASS bu barədə Trampın Detroytdakı çıxışına istinadən xəbər verir.

Siyasətçinin sözlərinə görə, ABŞ Kosmik Qüvvələrinin əsas döyüş ehtiyatı kimi Milli Kosmik Qvardiyanın yaradılmasının vaxtı çatıb. Buna görə də o, prezident olduqdan sonra Milli Kosmik Qvardiyanı yaradan “tarixi qanunu” imzalayacaq.

Tramp əmin olduğunu bildirib ki, 2019-cu ildə Kosmik Qüvvələrin yaradılmasına göstəriş verməklə Rusiya və Çinin ABŞ-ı qabaqlamasına mane olub. Keçmiş prezident deyib ki, amerikalılar kosmosa diqqət yetirmədiyi üçün Moskva, Pekin və Çin ABŞ-ı “məhv edir”. İndi də ABŞ bu sahədə cəmləşib və bu sahədə liderlik edir.

Mənbə: TASS