Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Çindən iqtisadi müstəqilliyə nail olacağına söz verib

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, 2024-cü il seçkilərində qələbə qazanacağı təqdirdə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridada Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərək Çindən iqtisadi müstəqilliyə nail olacağına söz verib.

“Mən Amerika prezidenti kimi qayıdanda Çinin ticarətdə ən çox üstünlük verdiyi dövlət statusunu ləğv edəcəyəm” dedi Tramp.

O əlavə edib ki, Çindən tam müstəqilliyə nail olacaq.

Oxşar xəbərlər