Tramp səhvən Aİ ölkəsini BRİKS-ə daxil etdibackend

ABŞ prezidenti Donald Tramp səhvən İspaniyanı BRİKS ölkəsi adlandırıb.

RİA Novosti xəbər verir ki, bu, yanvarın 20-də fərmanların imzalanması mərasimi zamanı baş verib.

O, İspaniyanın müdafiə xərclərinin çox aşağı olduğunu bildirib.

“Və yenə də bu, BRİKS ölkəsi deyilmi? “Bu, BRİKS ölkəsidir, İspaniyadır”, – ABŞ-ın yeni prezidenti deyib.

Siyasətçi əlavə edib ki, BRİKS-i ABŞ üçün təhlükə kimi görmür, lakin təşkilata üzv olan ölkələrə qarşı 100% tarif tətbiq etməyi planlaşdırır.