ABŞ prezidenti Donald Tramp qorxur ki, Senat Rusiyaya qarşı yeni sanksiyaları təsdiq edərsə, bu, onun Vaşinqtonla Moskva arasında münasibətlərin yaxşılaşmasına mane olacaq.
Bu barədə “Politico” qəzeti yazır.
“Tamamilə aydındır ki, nəyinsə onu Putinə daha çox təzyiq göstərməkdən çəkindirir. Əgər o, sadəcə olaraq müharibəni bitirmək istəyirsə ki, [Putinlə] bu sövdələşmələr edə bilsin, onda o, onların potensial münasibətlərini zəhərləmənin bədəlini çəkə bilər”, – adının açıqlanmasını istəməyən Avropa rəsmisi jurnalistlərə deyib.
Mayın 29-da NBC telekanalı xəbər verib ki, ABŞ Senatı Rusiya neftini alan ölkələrdən idxal edilən mallara 500% rüsum tətbiq edən qanun layihəsini qəbul edərsə, Trampın Rusiyaya qarşı sanksiyalar məsələsində seçimi qalmaya bilər. Ağ Ev qorxur ki, Trampın Ukraynadakı vəziyyəti nizama salmaq siyasəti “Kremili cəsarətləndirməyə” gətirib çıxarıb.