Tramp senatorlara Ukraynaya yardım məsələsində təsir edə bilər

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynaya yardımın qarşısını almaq üçün Konqresdəki respublikaçılara təsir etmək imkanına malikdir.

Bu fikri ölkə Senatındakı Demokratlar Partiyasının lideri Çak Şumer “Politico” nəşrinə müsahibəsində deyib.

Qəzetin yazdığına görə, Şumer daha sərt sərhəd siyasətini milyardlarla dollarlıq xarici yardımla birləşdirmək üçün gələcək hər hansı razılaşma üçün ciddi təhlükə görür. Müsahibədə o, prezident Co Baydenin milli təhlükəsizlik xərcləri paketini mühafizəkar təzyiqlərdən və “Trampın nifrətindən” xilas etmək üçün Respublikaçılar Partiyasının “ideoloji orta zəmini”nə ümid etdiyini söylədi.

Onun fikrincə, Senatdakı təxminən beş respublikaçı Ukraynaya yeni yardıma dəstək müqabilində immiqrasiya qanunlarını sərtləşdirmək və ABŞ sərhədini qorumaq üçün demokratlarla razılaşmaya mütləq səs verəcək. Onun fikrincə, daha 15 nəfər onun əleyhinə səs verəcək, qalanları isə Trampın təsiri altına düşə bilər.

Mənbə: CNN Türk

Oxşar xəbərlər