Şimali Koreya lideri Kim Çen In hiyləgər və amansız insandır, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Youtube kanalında Full Send Podcast-da onlayn çıxışı zamanı deyib.
Tramp Şimali Koreya lideri haqqında “Çox ağıllı, çox hiyləgər və çox amansızdır” dedi. Tramp qeyd edib ki, Kim Çen In öz ağlı sayəsində ölkəsində xalq və ordu üzərində nəzarəti bərqərar edə bilib.
Aparıcılardan KXDR liderini bir sözlə təsvir etməyi xahiş edəndə Tramp onun “maraqlı” insan olduğunu deyib.
İctimai.az

