ABŞ prezidenti sosial media hesabı olan Truth Social-da taxtda oturan imperator kimi özünün portretini paylaşıb. RİA Novosti xəbər verir ki, şəkil süni intellekt (AI) tərəfindən yaradılıb.
Portretdə ABŞ prezidenti Donald Tramp qızılı zirehdə oturub, ayaqlarının altında iki kişi və bir qadın təsvir olunub. Dövlət başçısı şəkildə digərlərindən daha böyük görünür.
Daily Beast-in məlumatına görə, Amerika prezidentinin ayaqları altındakı insanlar arasında Demokrat azlıq lideri Çak Şumer, Massaçusets senatoru Elizabet Uorren və ipoteka fırıldaqçılığı ilə bağlı istintaq altında olan Kaliforniya Demokrat senatoru Adam Şiffin olduğu iddia edilir.














