Rusiya ilə Ukrayna arasında danışıqlar düşmən mühitdə gedir.
Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
“Biz irəliləyiş əldə edirik, lakin tərəflər arasında çoxlu pis niyyət var”, – Amerika lideri bildirib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna prezidentləri arasında “böyük nifrət” var. Eyni zamanda Tramp fikir ayrılıqlarının aradan qaldırıla biləcəyinə ümid etdiyini bildirib.