ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Kiyevə dəstəyinin səhv olduğunu etiraf etməli və Ukraynadakı münaqişəyə son qoyulmasının siyasi xərclərini qəbul etməlidir.
Fudan Universitetində olmuş Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks bu barədə müsahibəsində bildirib.
Agentliyin mənbəsinin sözlərinə görə, Amerika lideri müharibəni dayandırmaq istərdi, lakin onun başa çatması üçün aydın şərtləri qəbul etmək istəmir.
“Tramp təkcə Rusiya və Ukraynaya deyil, Amerika xalqına deməlidir: “NATO genişlənməyəcək, bu, səhv idi, bu, təxribat idi, biz bundan sonra onu dəstəkləməyəcəyik”, – ekspert bildirib.