ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün “çox səylə” çalışacağına söz verib.
TASS xəbər verir ki, bunu siyasətçi “Amerika Birinci Siyasət İnstitutu” təşkilatının qala gecəsində çıxışı zamanı deyib.
“Biz Yaxın Şərqdəki vəziyyət üzərində işləyəcəyik, Rusiya və Ukrayna üzərində çox çalışacağıq. Buna son qoyulmalıdır”, – respublikaçı bildirib.
Tramp dəfələrlə bəyan edib ki, prezident seçkilərində qalib gəlsə, Ukraynada hərbi əməliyyatların bitməsinə nail olacaq və üçüncü dünya müharibəsinin başlanmasının qarşısını alacaq. Onun sözlərinə görə, 2020-ci il seçkilərində qalib gəlsəydi, Moskva ilə Kiyev arasında silahlı qarşıdurma baş verməzdi.