Tramp Ukraynanı ərazilərindən imtina etməyə inandırmağa çağırıbbackend

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmən vəzifəsinin icrasına başladıqdan sonra Ukraynanı itirilmiş əraziləri qaytarmaqdan imtina etməyə inandırmalı və bunun müqabilində ölkəni NATO-ya qəbul edəcəyinə söz verməlidir. Bu barədə Vaşinqtonun Moskvadakı keçmiş səfiri Maykl Makfol “Foreign Affairs (FA)” jurnalı üçün məqaləsində yazıb.

Onun fikrincə, gələcək Amerika lideri münaqişənin həlli üçün daha mürəkkəb plan hazırlamalıdır.

“Tramp Ukraynanı NATO-ya qoşulmağın nəzərdə tutduğu təhlükəsizlik müqabilində öz ərazilərinin bir hissəsini nominal olaraq Rusiya Federasiyasına verməyə inandırmalıdır”, – diplomat əlavə edib.

O, əmin olduğunu bildirib ki, NATO-ya üzvlük Kiyevə böyük bir ərazidən imtina etmək zərurətini kompensasiya etməyə imkan verəcək. Makfolun qeyd etdiyi kimi, yalnız bu addım Trampa Ukrayna rəhbərliyini hərbi əməliyyatları dayandırmağa inandırmağa kömək edəcək.