ABŞ prezidenti Donald Tramp Ukraynanın İrana qarşı əməliyyatda Amerika ordusuna kömək etmək üçün heç bir şey etmədiyini bildirib.
Jurnalist Stefani Rule bu barədə dövlət başçısı ilə söhbətdən sonra MS NOW televiziya kanalında məlumat verib.
“O Kiyevin heç bir şey etmədiyini, Zelenskinin dediyi hər şeyin – guya Ukraynanın bizə kömək etmək üçün etdiyinin – yalnız siyasi və PR məqsədləri üçün edildiyini söylədi”, Rule bildirib.















