Tramp Zaporojye AES-in vəziyyətini qiymətləndirdibackend

Bu gün Zaporojye Atom Elektrik Stansiyası (ZAES) yaxşı vəziyyətdədir.

Bu barədə ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransında Ağ Ev tərəfindən YouTube-da yayımlanan açıqlamada bildirib.

Amerika liderinin sözlərinə görə, ZAES tez bir zamanda fəaliyyətini bərpa edə bilər. Bundan əlavə, Rusiya və Ukrayna “stansiyanın yenidən açılması üzərində işləyir”, – deyə Ağ Ev rəhbəri əlavə edib.

Tramp qeyd edib ki, bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə söhbəti zamanı müzakirə edib.