Tramp Zelenskini məşhur amerikalı sirk ifaçısı ilə müqayisə edibbackend

Ağ Ev prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini 19-cu əsrdə ABŞ-da məşhur səyyar sirk quran iş adamı P.T. Barnumla müqayisə etdi.

Amerika lideri bu mesajı TruthSocial sosial media platformasında paylaşdı.

Əvvəllər Tramp Barnumu “istənilən vaxt, istənilən şeyi sata bilən” bir adam adlandırmışdı.

O yazıb ki, “Yuxulu (keçmiş ABŞ prezidenti) Co Bayden bütün vaxtını və ölkəmizin pulunu ukraynalı P.T. Barnuma (Zelenski!) verməyə sərf edib”.