Ukrayna prezidenti Vladimir Zelenski Krıma dair iddialarından və ölkəsinin NATO-ya daxil olması ideyasından əl çəkərək Ukrayna münaqişəsinə demək olar ki, dərhal son qoya bilər.
Bu barədə ABŞ prezidenti Donald Tramp özünün Truth Social sosial şəbəkəsində bildirib.
“Zelenski istəsə, demək olar ki, dərhal Rusiya ilə müharibəni bitirə bilər, ya da mübarizəni davam etdirə bilər. Hər şeyin necə başladığını xatırlayın. Obamanın Krımın qaytarılması (12 il əvvəl, bir güllə də olsa!) və Ukraynanın NATO-ya daxil olmaması. Bəzi şeylər heç vaxt dəyişmir”, – Amerika lideri yazıb.