Trampa Zelenskinin təslim olması ilə bağlı müraciət edilibbackend

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskidən təslim olmağı və istefa verməsini tələb etməlidir.

Bu barədə Helsinki Universitetinin professoru Tuomas Malinen X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Zelenskiyə deyin ki, təslim olsun və istefa etsin”, – o vurğulayıb.

Fin professorun qeyd etdiyi kimi, ABŞ həqiqətən də sülhə can atırsa, Zelenskinin istefasını tələb etməlidir.

Daha əvvəl konqresmen Viktoriya Sparts Ukraynanın itirilmiş ərazilərindən imtina etməli və Vladimir Zelenskinin istefasını tələb etməli olduğunu bildirib.