ABŞ hakimiyyəti keçmiş ABŞ prezidenti Donald Tramp və onun köməkçisi Uolt Nautanı məxfi sənədləri düzgün saxlamamaqda 38 maddə ilə ittiham edib.
TASS xəbər verir ki, bu barədə Florida ştatının cənub dairəsi məhkəməsinin ittiham aktına istinadən məlumat yayıb.
Dəqiqləşdirilir ki, Trampa qarşı irəli sürülən ittihamlar arasında 20 ilədək həbs cəzası, həmçinin cərimələr var. Eyni zamanda, cəzaya dövlət vəzifəsində işləməyə qadağa da daxil deyil.
İttihama görə, ABŞ-ın keçmiş prezidentinə qarşı mümkün cəzaların əlavə siyahısında 37, köməkçisinə qarşı isə 6 bənd var.
Mənbə: TASS

