Ultimate Fighting Championship (UFC) döyüşü 14 iyun 2026-cı il tarixində Ağ Evin ərazisində keçiriləcək. Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdən canlı yayımlanan Virciniya ştatında Hərbi Dəniz Qüvvələri Günü Paradında çıxışı zamanı bildirib.
“Gələn il iyunun 14-də Ağ Evin ərazisində böyük UFC döyüşümüz olacaq” dedi Tramp.
Qeyd edək ki, ABŞ prezidenti iyunun 14-də 80 yaşını qeyd edəcək.
Avqustun 29-da UFC-nin baş direktoru Dana White Donald Trampın Ağ Evdə UFC tədbiri keçirmək ideyasını həyata keçirəcəyini açıqladı.
İyulun 4-də Tramp Ayova ştatında keçirilən mitinqdə Ağ Evdə UFC çempionu uğrunda döyüşün keçiriləcəyini açıqlamışdı. Bu tədbirin 2026-cı ildə qeyd olunacaq Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümü olan geniş Amerika 250 proqramına daxil ediləcəyi gözlənilir.