Trampın andiçmə mərasimindən sonra ABŞ Ukraynaya yardımı azalda biləcəyini açıqlanıbbackend

ABŞ-ın Ukraynaya yardımının 2025-ci il yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra azalacağı ehtimal edilir.

Bu barədə The New York Times (NYT) yazır.

Nəşr qeyd edir ki, Tramp və respublikaçıların nəzarətində olan Konqresin ABŞ prezidenti Co Baydenin hakimiyyətdən gedən administrasiyası kimi Kiyevə eyni həcmdə iqtisadi və hərbi yardım ayırmaqda davam edəcəyi ehtimalı yoxdur.

Tramp ötən həftə deyib ki, Ukrayna “yəqin ki,” yeni administrasiya dövründə ABŞ-ın ona Bayden administrasiyasının Kiyevə göndərdiyi qədər hərbi yardım göstərməyəcəyini gözləməlidir.