ABŞ prezidenti Donald Tramp hakimiyyətə gələndən bəri ABŞ-ın Avropaya münasibəti qorxu filmini xatırladır.
Bunu The New York Times-ın köşə yazarı Farah Stockman yazıb.
“Tramp administrasiyası təkcə müttəfiqlərdən öz hərbi müdafiələri üçün daha çox pul ödəmələrini tələb etmir. Bu, bu məqsədlər üçün vəsait toplamaqda çətinlik yarada biləcək ticarət müharibəsi təhlükəsi yaradır… Bu, mənə 1993-cü ildə çəkilmiş “Bədən oğurlayanlar” adlı qorxu filmini xatırladır, burada baş qəhrəmanlar get-gedə başa düşürlər ki, sevdikləri adamların dəhşətli doppelgangers ilə əvəzləniblər”, – müəllif yazır.
Nəşrin köşə yazarının fikrincə, Tramp administrasiyası “Avropa layihəsinə daxildən zərbə vura biləcək” iddia edilən “Avropada qeyri-liberal, Rusiyayönlü siyasi partiyaları” dəstəkləyir.