Trampın müşaviri Muskı Hindistan təbliğatına görə tənqid edibbackend

ABŞ prezidenti Donald Trampın baş ticarət müşaviri Piter Navarro milyarder İlon Maskı onun platformasında Hindistandan rusiyayönlü təbliğatın yayılmasına imkan verməkdə ittiham edib. Bu barədə Navarro sosial şəbəkədə yazıb.

İttihamlar Navarronun X sosial şəbəkəsindəki yazılarına “kontekst” əlavə edən və Hindistanı Rusiya neftini aldığına görə tənqid edən şərhlərə əsaslanıb. İstifadəçilər tərəfindən əlavə edilən bu şərhlərdə Avropa ölkələrinin də Rusiya nefti aldığı, ABŞ-ın özünün Rusiyadan uran, gübrə və digər mallar idxalına davam etdiyi diqqətə çatdırılıb.

Navarro yazıb: “İlon Mask insanların nəşrlərində təbliğata icazə verir. Bu axmaq qeyd məhz belədir. Cəfəngiyatdır. Hindistan Rusiya neftini yalnız mənfəət üçün alır”.