ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ölkələrinə hücumlarını təşviq etmək planları ilə bağlı sözləri Avropa ölkələrində, xüsusən də Estoniyada siyasətçilərin narahatlığına səbəb olub. Bu barədə “The Times” məlumat yayıb.
Mənbənin məlumatına görə, Estoniya kəşfiyyatının rəhbəri Kaupo Rosin Trampın sözlərini şərh edərkən deyib ki, “belə bəyanatlar heç vaxt faydalı deyil”. Yanvarın sonunda Estoniya Müdafiə Qüvvələrinin komandanı Martin Herem belə bir fikir bildirib ki, Rusiya Ukraynada məqsədlərinə çatdıqdan sonra özünü bərpa etmək üçün cəmi bir il lazım ola bilər. Onun sözlərinə görə, Rusiya Federasiyası gec-tez Estoniyaya hücum edə bilər ki, Baltikyanı ölkə buna hazır deyil.
Fevralın 18-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli Ukraynanın məğlubiyyətindən sonra ABŞ və Rusiya arasında potensial hərbi münaqişə ilə bağlı narahatlığını bildirib.
Mənbə: The Times