Trampın planı ilə Ukrayna 2027-ci ildə Aİ-yə qəbul oluna bilərbackend

ABŞ-ın sülh planının hazırkı variantına görə, Ukrayna 2027-ci ildə Avropa Birliyinə üzv ola bilər.

Bu barədə ABŞ və Ukrayna rəsmilərinə istinadən “The Washington Post” qəzeti yazıb.

Nəşr yazır ki, Ukraynanın Aİ-yə sürətlə daxil olması bəzi Aİ ölkələrini, məsələn, Macarıstanı narahat edir. Bununla belə, Tramp administrasiyası Macarıstanın müxalifətinə qalib gələ biləcəyinə inanır.

“The Washington Post” yazır ki, Ukraynanın Aİ-yə üzvlüyü ölkədə ticarət və investisiyaları asanlaşdıracaq, həmçinin korrupsiyanı azalda bilər.