Ukrayna Donald Trampın prezidentliyi dövründə ABŞ üçün real problemlər siyahısında deyildi.
TASS xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin redaksiya heyətinin üzvü Bob Vudvord Trampın müşaviri Keyt Kelloqun sözlərinə istinadən “Müharibə” kitabında yazır.
“Biz [ABŞ Prezidentinin] administrasiyasını tərk edəndə Ukrayna real problemlər siyahısında deyildi. İran problemlər siyahısında idi. Hələ Şimali Koreya var idi. Covid vəziyyətinə görə Çin var idi. Lakin Ukrayna orada deyildi”, – Kelloq bildirib.
ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki qərargahının mətbuat katibi Stiven Çanq Vudvordun kitabından heç bir epizodun həqiqətə uyğun olmadığını vurğulayıb. Çanq Vudvordun hekayələrini “uydurma” adlandırıb və onun ağır “Tramp sindromu” xəstəliyindən əziyyət çəkdiyini bildirib.














