Trampın tarifləri Big Mac-a təsir edəcəkbackend

ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən Braziliyadan ABŞ-a gətirilən mallara tətbiq edilən 50%-lik rüsumlar səbəbindən burgerlər bahalaşacaq.

Bu barədə RİA Novosti yazır.

Çoxillik quraqlıq ABŞ-da mal-qaranın sayının 70 ilin ən aşağı səviyyəsinə düşməsinə səbəb olub. Hazırda ABŞ-dan mal əti alışının 21%-i Braziliyanın payına düşür, 2025-ci ilin birinci yarısında 2024-cü illə müqayisədə bu həcm iki dəfə artıb. Tariflərə görə ölkə özünü başqa təchizatçılara yönləndirməli olacaq. Güman edilir ki, Avstraliya, Argentina, Paraqvay və Uruqvaydan tədarüklər alternativ olacaq.