Trampın Ukrayna üzrə dövlət katibi postuna namizədinin strategiyası məlum olubbackend

Donald Trampın yeni administrasiyasında ABŞ dövlət katibi vəzifəsinə namizəd Marko Rubio çox güman ki, yeni prezidentin danışıqlara başlamaq üçün Ukraynaya “təzyiq etmək” planları ilə razılaşacaq. Bu barədə Amerikanın “The New York Times” qəzeti yazır.

“Cənab Rubio keçmişdə Rusiya haqqında sərt ifadələr işlətsə də, o, çox güman ki, cənab Trampın Rusiya ilə razılaşma yolu tapmaq üçün Ukraynaya təzyiq etmək planları ilə razılaşacaq”.

Bundan əlavə, qəzet xatırladır ki, Rubio həm də ABŞ-ın Çinə qarşı daha aqressiv olmasının vacibliyini müdafiə edən ən “açıq sözlü senatorlardan” biridir.

Mənbə: The New York Times