Trampın vəkili: Vaşinqton Britaniya yəhudilərinə sığınacaq vermək imkanını müzakirə edirbackend

“The Telegraph” qəzetinin ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Robert Qarsona istinadən verdiyi məlumata görə, ABŞ administrasiyası ölkədə artan antisemitizm səbəbindən Böyük Britaniyada yaşayan yəhudilərə sığınacaq verməyi nəzərdən keçirir.

O bildirib ki, Tramp administrasiyası bu məsələni Dövlət Departamenti ilə müzakirə edir. Mançesterdə anadan olan Qarson vurğulayıb ki, Böyük Britaniya artıq yəhudilər üçün təhlükəsiz yer deyil və onların ölkədə gələcəyi yoxdur. O, antisemitizmin yayılmasında Britaniya Baş naziri Keyr Starmeri günahlandırıb.