Tunis Avropa Parlamentinin nümayəndə heyətinin ölkəyə girişini qadağan edib

Tunis çərşənbə günü axşam Afrika ölkəsinə rəsmi səfər etməyi planlaşdıran Maykl Qalerin başçılıq etdiyi Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətinə ölkəyə girişi qadağan edib. Bu barədə “Politico” yazır.

“Bu nümayəndə heyətinin əraziyə daxil olmasına icazə verilməyəcək” deyən ölkə hökuməti Aİ-nin Tunisdəki səfirliyinə ünvanladığı məktubda qeyd olunub.

Mətndə deyilir ki, Avropa Komissiyası (AK) iyul ayında Avropaya miqrasiya axınının dayandırılması üçün Tunislə mübahisəli saziş bağladıqdan sonra oxşar addım atılıb.

Mənbə: Haber Globla

Oxşar xəbərlər