Tünzalə Verdiyevaya yüksək vəzifə verildibackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində yeni kadr təyinatı həyata keçirilib.

Oxu.Az Nocomment.az-a istinadla xəbər verir ki, Tünzalə Müslüm qızı Verdiyeva Sosial Xidmətlər Agentliyinin müşaviri təyin edilib.

Qeyd edək ki, bundan öncə Tünzalə Verdiyeva agentliyin strukturunda fəaliyyət göstərən Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdiri vəzifəsində çalışıb.

Tünzalə Verdiyevaya yüksək VƏZİFƏ VERİLDİ