Turan Fashion və Tekstil sərgisinə hazırlıq gedirbackend

Bakıda Tekstil Dünyasının Yeni Nəfəsi: Turan Fashion və Tekstil Sərgisi

Azərbaycan Françayzinq Assosiasiyası və Founder Club-un təşəbbüsü ilə Bakıda bir ilkə imza atılır! Turan Fashion və Tekstil sərgisi moda və tekstil sənayesinin öncüllərini bir araya gətirəcək.

Bu mühüm tədbir regionun tekstil bazarını yeni üfüqlərə daşımaq məqsədilə keçirilir.

Bugün keçirilən hazırlıq görüşü çərçivəsində tədbirin konsepsiyası geniş müzakirə olunub. Həmçinin tekstil sektorunun mövcud problemləri və həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. Görüşə yerli və beynəlxalq arenada tanınan bir çox brend qatılıb:

• Elatus Moda Evi
• Pano Tekstil
• Türban Moda
• Solido Aksesuar Brendi
• Zərxara Moda Evi
• Mirzəyev Tekstil
• SiS Collection
• Dress Uniform
• Carpe Diem Boutique

Turan Fashion və Tekstil sərgisi, həm yerli dizaynerlər, həm də beynəlxalq mütəxəssislər üçün böyük bir platforma olacaq. Tekstil sənayesindəki yenilikləri, trendləri və əməkdaşlıq imkanlarını görmək istəyənlər bu tədbiri qaçırmamalıdır!

Gələcəyin modasına birgə addımlayaq!

 

Reklam 160×600 (Sağ)

Reklam 160×600 (Sağ)