Turist hava limanında gömrükçülərin qarşısına narkotik atdıbackend

Britaniya vətəndaşı Tailandın hava limanında gömrükçülərin gözü qarşısında bir çanta narkotik atıb.

Bu barədə Britaniyanın “The Sun” tabloidi yazır.

Mark Patrik Uorton Şanxaydan Taylandın Phuket şəhərinə uçurdu. Gələn kimi gömrükçülər onu kənara aparsalar da, o, əsəbiləşib. Kişi qışqıraraq yerə yuvarlanmağa başlayıb və bu zaman onun cibindən bir torba kokain düşüb.

Buna baxmayaraq, 42 yaşlı britaniyalı, ehtimal ki, hava limanı işçilərinin diqqətini yayındırmaq məqsədi ilə ayaqlarını havaya vurub qışqırmağa davam edib. Lakin, o, uğursuz oldu.

Tailand polisi onu yaxalayaraq nəzarətə götürüb, içərisində 4,11 qram narkotik maddə olan cırılmış bağlama ələ keçirib.

Taylandda kokain saxlamaq 20 ildən ömürlük müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.