Türkiyənin “Türkiye” qəzetinin məlumatına görə, turistlər Türkiyədə köhnə 50 və 100 dollarlıq əskinasların qəbul edilməməsindən şikayətlənməyə başlayıblar.
Nəşrdə deyilir: “Valyuta dəyişmə məntəqələrində və bankomatlarda 50 dollarlıq əskinasların, eləcə də bəzi köhnə 100 dollarlıq əskinasların qəbul edilməməsi ilə bağlı şikayətlərin sayı artmaqdadır. Tacirlər vurğulayırlar ki, bu təcrübə turistlər üçün ödənişləri çətinləşdirir və yerli sakinlər üçün narahatlıq yaradır”.
Müəlliflər qeyd edirlər ki, saxtakarlığın artması səbəbindən köhnə əskinaslardan istifadə siyasəti sərtləşdirilib. Nəticədə, 50 və 100 dollarlıq əskinaslar ya qəbul edilmir, ya da bazar məzənnəsindən iki-üç türk lirəsi aşağı qiymətə qəbul edilir.














