Türkiyədəki ruslardan ölkə çimərliklərində “qəribə virusa” yoluxma ilə bağlı turoperatorlara heç bir kütləvi müraciət və ya şikayət daxil olmayıb. Bu barədə TASS-a Rusiya Səyahət Sənayesi İttifaqının (RUTİ) mətbuat xidmətindən məlumat verilib.
“RTİ-yə üzv olan əsas turoperatorlar turistlərdən heç bir kütləvi müraciət və ya şikayəti qeydə almayıblar”, – deyə məlumatda bildirilir.