Türkay Rəsul: “Azərbaycanda auranı görən yeganə insan mənəm”backend

Son illərdə dünyada bioenerjinin ötürülməsi ilə müalicə üsulları geniş yayılıb. Strateji.az xəbər verir ki, alternativ müalicə üsulu olan bu tip müalicə üsulu üçün müalicə edən şəxsin də özünün xüsusi enerji ötürmə qabiliyyəti olmalıdır. Özünün də vurğuladığı kimi Azərbaycanda  yeganə auranı görən, pasyentlərinə bioenerji ötürərək müalicə edən Türkay Rəsul Strateji.az saytının suallarını cavablandırıb. 

-İlk öncə fəaliyyətiniz haqqında məlumat verərdiz

-Mən bioenerji mütəxəssisi,  beynəlxalq təlimçi və “yaşam koçu”yam. Mənim fəaliyyətdə olduğum sahə insanların şəfa tapması üçün olan bir sahədir.

-Bu sahəni ənənəvi tibb sahəsindən fərqi nədir ?

-Bu alternativ tibbin bir qoludur. Bəzən tibbin çarəsini tapmadığı problemlər var ki, həmin səhətdə yaranan problemlərin həllini bioenerji ilə həll etmək mümkündür.

-Siz Naxçıvanda fəaliyyət göstərirsiz. Bəzi şəxslər Bakıdan kənarda hansısa bir fəaliyyətlə məşğul olmağın çətinliklərini sadalayır. Bu sizin işinizdə özünü bürüzə verirmi ?

-Mən Naxçıvanda fəaliyyət göstərirəm. Ancaq seminar və seanslar üçün Bakıya və hətta Türkiyənin Ankara və İstanbul şəhərlərinə də səfər edirəm. Bu səfərlərin arialını daha da genişləndirməyi düşünürəm. Məqsədim sərhədləri aşmaqdır. Bilirsiz bioenerji ilə müalicənin sərhədləri olmur. Bu müalicə üsulunu hətta distant formada da aparmaq mümkündür. Biz bu vasitə ilə insanların şəfa tapmasında böyük rol oynayırıq.

-Heç Bakıdan sizə müraciət edən olub ? Müalicə kursu keçmək üçün Bakıdan Naxçıvana səfər edən olub ? Bakıda və başqa regionlardan sizə müraciət edən olub ?

-Əlbətdə olub. Hətta Türkiyədən müraciət edib gələnlər olub. Bakıdan müraciət edənlərə mən online müalicə kursu təklif etmişəm. Mən ayda bir dəfə Bakıya gəldiyim üçün Bakıdakı pasyentlərimin Naxçıvana gəlməsinə ehtiyac olmayıb.

-Ümumiyyətlə Azərbaycan insanında alternativ tibbə münasibət necədir?

-Düzdür bu sahə hələ də Azərbaycanda tam inkişaf etməyib. Alternativ tibbə müraciət mədəniyyəti hələ tam formalaşmayıb. Bunu ekstrasenlik və başqa səmtlərə yönəldirlər. Daha bilmirlər ki, bu elmin özüdür. Hər şey enerjidən aslıdır.Bu möcüzəvi bir elmdir.

-Ənənəvi tibblə məşğul olan şəxslərin bu sahəyə münasibəti necədir? Ümumiyyətlə hər hansısa bir ənənəvi tibb sahəsində olan şəxs tərəfindən tənqidə məruz qalmısız ?

-Deyərdim ki, əksinə tibb sahəsində olan şəxslər mənə dəstək verir. Bu sahəni elmin bir qolu kimi qəbul edir. Ancaq bəzən efirlərə çıxdığımız zaman bəzi cahil insanlar və bu sahədən anlayışı olmayan insanlar bu sahə haqqında heç bir məlumata sahib olmadan bizi tənqid edirlər.

-Siz necə düşünürsüz ? Bu sahə yaxın illərdə Azərbaycanda inkişaf edəcək ?

-Bəli. Mən onu demək istəyirəm ki, Azərbaycanımızda bütün sahələr uğurla inkişaf edir. Mən də Türkay Rəsul olaraq bu sahəni ölkəmizdə inkişaf etdirəcək və Azərbaycanımızın bayrağını dünyanın bütün dövlətlərində yüksəklərə qaldıracağam.

-Bu sahə ən çox hansı ölkədə inkişaf edib ?

-Ən Türkiyədə inkişaf edib. Onlar bioenerji ilə müalicədə böyük naliyyətlər əldə ediblər. Elə  mənim özümün istedadımın üzə çıxmasını Türkiyədə bildik. Orada xüsusi bir aparat var idi. Aparatın göstəricisinə görə 60 dərəcəni ötən “şəfaçı” sayılırdı. Mən də 100 keçmişdi ötürücülük qabiliyyəti. Çox sağ olsunlar ki, məni xüsusi sürətləndirilmiş kurslara cəlb etdilər.

-Sözünüzdən belə çıxır ki, Azərbaycan bu sahənin inkişafı üçün Türkiyə modelindən istifadə edə bilər ?

-Əslində Azərbaycanda insanların ötürücülük və “şəfaçı”lıq gücü Türkiyədən daha çoxdur. Ancaq Türkiyədə bu sahə daha çox inkişaf edib. İnsanlar orada 6 aydan bir ənənəvi tibbin “check-up”larından keçdiyi kimi energetik “check-up”lardan da keçirlər. Dünyada auranı görən insan çox azdır. Azərbaycanda nə qədər auranı görən insan var bilmirəm. Ancaq Azərbaycanda auranı görən yeganə insan mənəm