Türkiyə 2018-ci ildən bəri ilk dəfə mənfi inflyasiyaya yol veribbackend

May ayında Türkiyədə 2018-ci ilin dekabrından bəri ilk dəfə mənfi aylıq inflyasiya qeydə alına bilər.

Bu barədə Bloomberg ölkənin Statistika İdarəsinə (TÜİK) istinadən xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkiqabağı kampaniyasında ev təsərrüfatlarını bir ay ərzində pulsuz təbii qazla təmin etmək vədlərinə əməl etsə, bu ssenari reallaşa bilər. 20 aprel 2023-cü ildə Ərdoğan Qara dənizdə yeni işə salınan Sakarya yatağında hasilat başlandıqdan sonra Türkiyədəki ev təsərrüfatlarına bir il pulsuz qaz vəd etdi.

TÜİK-in proqnozlarına görə, may ayında qazın qiyməti sıfır olacaq. Agentliyin məlumatına görə, bu qərar “şəhər qazı və təbii qaz” mövqelərinin 3%-dən bir qədər az çəkiyə malik olduğu istehlak qiymətləri indeksinin azalmasına əhəmiyyətli dərəcədə təsir edəcək. Yatirim Finansman Securities-in baş iqtisadçısı bildirib ki, pulsuz qaz aylıq rəqəmin mənfi olması ehtimalını artırır.

Türkiyə sonuncu dəfə 2018-ci ilin dekabrında mənfi aylıq inflyasiya barədə məlumat verib. Ötən il üçün bu göstərici orta hesabla 3,1% təşkil edib. Türkiyənin inflyasiya məlumatları iyunun 5-də açıqlanacaq.