Türkiyə ABŞ-ın Rusiya ilə Kiyev arasında enerji atəşkəsinə nəzarət etmək planlarını açıqlayıbbackend

Türkiyə ABŞ-ın Rusiya və Ukrayna arasında “enerji atəşkəsi”nə nəzarət etmək üçün məsləhətləşmələr təşkil etmək planlarından hələ ki xəbərdar deyil.

Bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə bildirib.

“Hələ heç bir plan barədə məlumatımız yoxdur… layihənin formatı haqqında heç bir fikir yoxdur”, – agentliyin mənbəsi bildirib.

Martın 29-da Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Səudiyyə Ərəbistanı Kiyev və Moskva arasında “enerji atəşkəsi”nin monitorinqində iştirak etməyəcək. Onun fikrincə, sazişin icrasına Qara dəniz regionu ölkələri – Türkiyə, Bolqarıstan və Rumıniya, həmçinin ABŞ, İngiltərə və Fransa nəzarət edə bilərdi.