Türkiyə ABŞ seçkilərindən sonra Avropa ilə Ukrayna arasında münasibətlərdə dəyişikliklərdən danışıbbackend

Avropanın Ukraynaya xərcləri ABŞ-da prezident seçkilərinin nəticəsindən asılı olaraq daha da arta bilər.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Türkiyə” qəzetinə müsahibəsində deyib.

“Avropa Ukraynaya çox böyük xərclər çəkib. ABŞ seçkilərinin nəticələrindən asılı olaraq bu xərclər arta bilər”, o qeyd edib.

Bundan əvvəl Vaşinqtondakı Brukinqs İnstitutunun xarici siyasət üzrə tədqiqat proqramının direktoru və baş elmi işçi Maykl O’Hanlon bildirmişdi ki, prezident seçkilərinin qalibindən asılı olmayaraq, ABŞ Ukraynaya kömək etmək və münaqişəni dayandırmaq üçün yeni strategiyaya ehtiyac duyacaq.