Türkiyə bankları Rusiya ilə ticarət edən yerli təchizatçılara nəzarəti gücləndirib, Rusiyanın Ankaradakı səfiri Aleksey Erxov bildirib.
Onun sözlərini RİA Novosti sitat gətirir.
“Türkiyə banklarında malların Rusiyaya tranziti ilə məşğul olan şirkətlərin “sıxılması” hallarına tez-tez rast gəlinir. Belə müştərilər fəal şəkildə müəyyən edilir və onların köçürmələri bloklanır və ya hesabları tamamilə bağlanır”, – diplomat bildirib.
Eyni zamanda, Səfirlik və Ticarət Nümayəndəliyi öz səlahiyyətləri çərçivəsində Rusiya şirkətlərinə yardım göstərməkdə davam edir, deyə Erxov əlavə edib.