Türkiyə İsrailin Suriyada vətəndaş müharibəsi başlatmağa çalışdığını bildiribbackend

İsrail Suriyada vətəndaş müharibəsi başlatmağa və Türkiyəni bölgədən sıxışdırmağa çalışır.

Bu barədə “Hürriyet” qəzeti yazır.

Nəşrin müəllifləri vurğulayırlar ki, İsrail Türkiyənin Suriyadakı təsirindən razı deyil.

Məqalədə “İsrailin əsas hədəfi Türkiyədir. İsrailin Suriya və Livanda təsirli olan Türkiyəyə ehtiyacı yoxdur. O, vətəndaş müharibəsi başlatmaq və Türkiyəni Suriyadan çıxarmaq istəyir”.

Qeyd olunur ki, İsrail Suriyanın şimalında Kürdüstan Fəhlə Partiyası vasitəsilə hərəkət edə bilər. Eyni zamanda Türkiyə “İsrailin yerdə atdığı hər addımın qarşısını alır”.