Türkiyə lirəsi dollar qarşısında bahalaşdıbackend

Türkiyə lirəsi dollar qarşısında dəyər qazanıb.

Hazırda Türkiyənin milli pul vahidi üzrə məzənnə 1 ABŞ dolları – 11,6161 lirə nisbətindədir.

Xatırladaq ki, son günlər Türkiyədə lirə-dollar nisbətində milli valyutanın kəskin dəyər itirməsi nəticəsində 1 ABŞ dolları 18 lirədən baha olub.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib, daha sonra Türkiyə lirəsinin dollar qarşısında dəyər qazandığı müşahidə olunub. Prezident çıxışında türk lirəsinin məzənnəsi üçün yeni tənzimləmələr olacağını bildirib.