Türkiyə millisinin daha bir ulduzu Bakıya gəlməyəcəkbackend

“Everton”un icarə əsasında “Kristal Pelas”a göndərdiyi türkiyəli ulduz futbolçu Cenk Tosun dizindən zədələnib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Cenk Tosunun zədə səbəbindən altı ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Türkiyə millisinin hücumçusu Avro-2020-də forma geyinə bilməyəcək.

“Gecə yata bilmədim. Qismət belə imiş. Yəqin, bunda da bir xeyir var”, – Cenk Tosun Türkiyənin “TRT Spor” kanalına açıqlamasında deyib.

Qeyd edək ki, buna qədər Türkiyə millisinin daha iki futbolçusu Yusuf Yazıcı və Merih Demiralın da ciddi zədələndiyi və Avro-2020-dən kənarda qalacağı bildirilmişdi.

İctimai.az