RİA Novosti agentliyinin Türkiyə liderinin administrasiyasındakı mənbəyə istinadən verdiyi məlumata görə, Ankara Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı telefon danışığı aparmasını gözləyir.
Müxbirlər ondan Putinlə Ərdoğan arasında telefon danışığının ehtimalı barədə soruşublar.
Mənbə bildirib ki, “Bu mümkündür. Dəqiq tarixlər yoxdur, amma çox güman ki, bu yaxın gələcəkdə baş tutacaq”.















