2024-cü ildə Türkiyə Rusiyadan rekord həcmdə neft alıb.
Bu barədə RBC Kpler analitik şirkətinin məlumatlarına istinadən xəbər verir.
Ötən il Rusiyadan tədarük 36% artaraq sutkada 323 min barelə çatıb. 2022-ci ildə müəyyən edilmiş əvvəlki rekord sutkada 254 min barel idisə, 2023-cü ildə tədarük 6% azalaraq sutkada 237 min barel olub.
Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) Rusiya neftinin rekord idxalını təsdiqləyib. Keçən ilin 11 ayı ərzində satınalmaların həcmi 15,4 milyon ton təşkil edərək, 2022-ci ilin rekord göstəricisi olan 12 milyon tonu əhəmiyyətli dərəcədə üstələyib.
Ekspertlərin fikrincə, Rusiya tədarükünün artmasında əsas amil Türkiyə tərəfinin enerji qovşağına çevrilmək və endirimlə alınan enerji resurslarını yenidən satmaqla gəlir əldə etmək istəyidir.