Türkiyə Rusiya qazının tədarükünü ödəmək üçün ABŞ-dan sanksiyalardan azad olunmasını uzatmağı xahiş etməyi planlaşdırır.
Bu barədə Bloomberg Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.
Jurnalistlərin həmsöhbətləri aydınlaşdırıblar ki, indiki güzəşt martın 20-də başa çatır.
Bloomberg-in məlumatına görə, Ankara sanksiyalardan azad olma müddətinin uzadılması üçün fəal işləyir. Bu tələbin ABŞ-ın maliyyə naziri Scott Bessent ilə telefon danışığı planlaşdırılan Türkiyənin maliyyə naziri Mehmet Şimşəkdən gəlməsi gözlənilir.