Türkiyə “taxıl sazişi” üçün konkret təkliflər hazırlamağı planlaşdırdığını açıqlayıbbackend

Ankara Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri üçün “taxıl müqaviləsi”nin bərpası üçün bir sıra konkret təkliflərin işlənib hazırlanmasına ümid edir. Bu barədə RİA Novosti Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, hazırda təkliflər üzərində iş gedir, daimi dialoq var.

Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Putinlə Ərdoğanın yaxın gələcəkdə mümkün görüşü barədə məlumat verib. O, iki prezidentin görüş yerinin mütləq Türkiyə olmayacağını da bildirib.

Mənbə: RİA Novosti