Türkiyədə təyyarə tam dayanmadan yerlərini tərk edən sərnişinlər ilk dəfə cərimələnib. Bu barədə “HavaSosyalMedya” aviasiya ictimaiyyəti məlumat yayıb.
İnsident Pegasus Hava Yollarına məxsus Sofiya-İstanbul Sabiha Gökçen hava limanına uçan PC272 reysinin bortunda baş verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, eniş etdikdən sonra bəzi sərnişinlər təyyarə bələdçilərinin təyyarə tam dayanana qədər yerində qalmaları barədə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, özbaşına oturacaqlarından qalxaraq əl yüklərini çıxarmağa başlayıblar. Nəticədə ekipaj polisə müraciət etməli olub. İlkin məlumatlara görə, qanunu pozanlar 70 dollar cərimə olunublar.
Bu, Türkiyədə may ayından bəri tətbiq edilən yeni qaydaların tətbiqi ilə bağlı ilk hadisədir. Mövcud qaydalara əsasən, taksi sürərkən və ya “təhlükəsizlik kəmərini bağlayın” siqnalı söndürülməmişdən əvvəl təyyarənin salonunda vaxtından əvvəl ayağa qalxmaq inzibati xəta hesab olunur. Artıq sanksiyalar Türkiyə hava limanlarından uçan bütün daxili və beynəlxalq reyslərə şamil edilir.